piy bağlamaq

to become bloated нагулять жиру / заплыть жиром / наесть жиру
pişiyini divara dırmaşdırmaq
piy basmaq
OBASTAN VİKİ
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
II Piy
II Piy (lat. Enea Silvio Piccolomini; 18 oktyabr 1405[…], Pyentsa, Siena Respublikası[d] – ən tezi 14 avqust 1464 və ən geci 15 avqust 1464, Ankona, Papa dövləti) — Roma papası.
IX Piy
IX Piy (Covanni Mariya Mastai-Ferretti, 13 may 1792 - 7 fevral 1878) - Roma Papası (1846-78), pontifikatı tarixdə ən uzun olmuşdur (32 ilə yaxın). 1827 ildə Spoleto arxiyepiskopu olmuş, 1840 ildə XVI Qriqori onu kardinal etdi. Birinci Vatikan məclisini çağırmış, 1854 il bullasında Bakirə Məryəmin qüsursuz döllənməsi haqqında ehkam bəyan etdi. 2000 ildə IX Piy bəxtiyar elan edilmişdir.
Piy qapıları
Porta Pia (lat. Porta Pia) — Romanın Avrelian divarının şimal-şərq tərəfindəki qapılar. Nomentan yolunda yerləşən bu qapıları Mediçi ailəsindən olan Roma papası IV Piy tikdirmişdi. Qapılar sökülmüş Nomentan qapılarının (lat. Porta Nomentana) yerində ucaldılıb. Vazariyə inansaq, bu qapılar Mikelanceloya aid sonuncu memarlıq proyekti olmuşdular. Mikelancelo qapıların layihəsi üçün 3 variant təqdim etmişdi və pontifik, onlardan ən ucuzunu seçərək sifarişi təsdiqləmişdi. 1561–1565-ci illərdə memar Cakomo del Dukanın nəzarəti altında tikilən fasad, hətta manyerizm üçün belə həddən artıq olan qeyri tipik detallarla bəzənib. Buna görə də onu "əbədi şəhərin" girişinin üzərində teatr pərdəsinə bənzədirlər. Təəssüf ki, qapılar üzərində işin sonunu Mikelancelo görə bilməmişdi.
VIII Piy
VIII Piy (lat. Francesco Saverio Castiglioni;20 noyabr 1761[…] – 30 noyabr 1830[…], Roma) - Roma papası.
VII Piy
VII Piy (Luici Barnaba Çiaramonti, 14 avqust 1724 - 20 avqust 1823) - Roma Papası (1800-23). Əvvəldə benediktçi olmuş, VI Piy ona abbat və kardinal rütbələri verdi. Napoleon hökuməti ilə 1801 il sazişi bağlamış, 1804 ildə taxta çıxmış Napoleona xeyir-dua verdi. Buna baxmayaraq Napoleon Papa dövlətlərini Fransa İmperiyasının hissəsi elan etmiş, Piyi əvvəlcə Savonada, sonra Fontenbloda əsir saxlamışdı. Kilsənin ənənəvi imtiyazlarını saxlamaq üçün Napoleonla mübarizə aparmış Piy onun süqutundan sonra həmin məqsədinə çatdı. Fransız işğalı dövrünün qanunvericiliyini ləğv edərkən, yezuitlər ordenini bərpa etdi.
VI Piy
VI Piy (lat. Giannangelo Braschi;25 dekabr 1717[…], Çezena, Papa dövləti – 29 avqust 1799[…], Valans, Birinci Fransa Respublikası) — Roma papası.
XII Piy
XII Piy (Eucenio Paçelli; 2 mart 1876, Roma - 9 oktyabr 1958) - Roma Papası (1938-58). Sələfin antikommunist siyasətini gücləndirdi. 1949 il "Munificentissimus Deus" apostol konstitusiyasında Bakirə Məryəmin meracı haqqında ehkam təsis etdi. "Divino Afflante Spiritu" (1943) və "Humani Generis" (1950) ensiklikalarında Bibliya mətnlərinin daha diqqətli yozmaları haqqında arzu irəli sürmüşdür. 1899 ildə keşiş, sonra kanonik hüququ və kilsə diplomatiyası professoru olmuşdur. 1904 ildən sonra arxiyepiskop Pyetro Qasparriyə kanonik hüququnun yeni kodifikasiyasında kömək etmişdir (1917 ildə dərc olunmuşdur). 1914 ildə Qasparrini fövqəladə kilsə işləri papa departamentinin katibi vəzifəsində əvəz etmiş, Bavariyaya apostol nunsisi, 1920 ildə isə Almaniyaya birinci papa nunsisi təyin olunmuşdur. 1924 və 1929 ildə Paçelli Vatikan və iki alman dövlətlər (Prussiya və Bavariya) arasında sazişlər əldə etdi. Bundan sonra o, Romaya çağırılmış kardinal və Müqəddəs Taxtın dövlət katibi təyin edilmişdir. Bu vəzifələrində o, XI Piyin siyasəti keçirmişdi.
XI Piy
XI Piy (Ambrocio Damiano Akille Ratti, 31 may 1857 - 10 fevral 1939, Roma) — Roma Papası (1922–1939). Lateran sazişləri bağlamış, bir neçə sosial ensiklika buraxdı. "Quas Primas" ensiklikasında Kral Məsiha bayramını təsis etdi. 1882–1888-ci illərdə Milandakı seminariyada doqmatik ilahiyyatın professoru, sonra Vatikan kitabxanası prefekti (1911–1918) olmuşdur. Növbəti ildə Polşada papa nunsisi, 1921-ci ildə isə kardinal və Milan arxiyepiskopu təyin edilmişdir.
X Piy
X Piy (İtalyanca: Giuseppe Melchiorre Sarto) (d. 2 iyun 1835, Venetia, Avstriya imperiyası - 20 avqust 1914, Vatikan) - 4 avqust 1903 və 20 avqust 1914 tarixləri arasında Roma-Katolik Kİlsəsinə başçılıq edən 257. Roma Papasıdır. Giuseppe Melchiorre Sarto 2 iyun 1835 tarixində Avstriya imperiyası sərhədləri daxilində yerləşən, İtaliyanın şimalındakı Venetia bölgəsində dünyaya gəlmişdir. O, kənd poçtalyonu olan Giovanni Battista Sarto (1792–1852) və evdar qadın Marqarita Sansonun (1813–1894) 10 övladından ikincisi idi. 3 iyun 1835 tarixində vəftiz olunan Giuseppe yoxsul bir ailədə böyüsə də, mükəmməl təhsil almışdır. Giuseppe`nin 3 qardaşı və 3 bacısı var idi. Ancaq gələcəkdə yüksəldiyi vəzifələrə baxmayaraq ailə fərdlərinə qarşı heç bir imtiyaz görməmişdir. Qardaşlarından biri yaşadıqları bölgənin kənd poçtalyonu, digər qardaşının oğlu isə kənd keşişi olaraq yaşadı. Bacıları isə heç vaxt evlənməmiş və kilsədə rahibə olaraq yaşamışdır.
Piy vəzisi
Qaraciyərin piy infiltrasiyası
Yağların, yağa bənzər maddələrin mübadiləsində qaraciyərin çox böyük rolu vardır. Qaraciyərdə əmələ gəlmiş fosfolipidlər başqa toxumalara neytral yağlara nisbətən asan daşınır və triqliseridlərin sintezinə sərf edilir. Fosfolipidlərin sintezinin pozulması lipidlərin qaraciyərdən digər orqanlara daşınmasını çətinləşdirir. Bu isə qaraciyərin piy infiltrasiyası və ya distrofiyası adlanan patoloji halın əmələ gəlməsinə səbəb olur. Normal halda qaraciyərin ümumi çəkisinin 5 %-ni yağlar təşkil edir. Lakin piy infiltrasiyası zamanı onların miqdarı 40-60 %-ə çatır. Piy infiltrasiyası qaraciyərin bütün əsas funksiyasını zəiflədən patoloji prosesdir. Lesitinlərin miqdarının artması bu prosesin qarşısını alır.

Digər lüğətlərdə